• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 27.12.2023 15:45

HHM bölmələrində döyüş atışları icra olunub

 Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib. Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Ümumqoşun poliqonunda reallaşan təlim şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilib. Şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Döyüş atışlı təlimdə Hava Hücumundan Müdafiə bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.