KepezTV Player
Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar. Onların Pakistan vətəndaşları olduqları məlum olub. Saxlanılanların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
- Baxış: 222