• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 27.12.2023 12:02

Müraciətlərin baxılmasına dair treninq keçirilib

KepezTV Player

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib. Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə reallaşdırdığı təlimdə Gəncə və ətraf rayonlardan seçki dairələrinin təmsilçiləri iştirak edib. Prezident seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan müraciət və şikayətlərin araşdırılması yolları treninq iştirakçılarına izah edilib. Seminar Dairə Seçki Komissiyalarının nəzdində fəaliyyət göstərən ekspert qruplarının üzvlərinin bu istiqamətdə məlumatlılığının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. 

Fuad Cavadov- MSK-nın üzvü: “İlk dəfə olaraq, seçki praktikasında Hüquq və İnsan Haqları İnstitutu publiki hüquqi şəxs ilə birgə keçirilir. Yəni bu formatda. İnstitutun əməkdaşlarının çox maraqlı araşdırmaları var və hesab edirəm ki, bu seçki subyektlərinin profesionallıq səviyyəsinin artırılmasında özünün çox layiqli töhfəsini verəcək. Ətraf rayonlar - Şəmkir Qazax, Tovuz, Gədəbəy, hətta belə baxdım, Laçın dairəsindən də var. Yəni coğrafiya böyükdür. 125 dairəni əhatə eləmək üçün, belə deyək, hər tədbirə 25 dairə düşür”.

Ramin Paşayev