• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 27.12.2023 11:23

ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub

KepezTV Player

Minatəmizləmə Agentliyinin Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Z.Mahmudovun vəziyyəti qənaətbəxş hesab edilir. Zaur Mahmudov dekabrın 26-da işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayışı zamanı xəsarətlər alıb. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub.