• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 26.12.2023 18:34

"Məzun forumu 2023: İnsan kapitalının formalaşmasında təhsilin rolu”

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun forumu 2023: İnsan kapitalının formalaşmasında təhsilin rolu” adlı tədbir keçirilib. Forumda universitet-sənaye və universitet-məzun kommunikasiyasının inkişafı, məzunlar və tələbələr arasında şəbəkələşmənin formalaşması barədə gənclərə məlumat verilib. Universitetin keçmiş məzunları təhsil aldıqları ali məktəbdə qonaq qismində olmaqdan məmnunluq duyduqlarını bildiriblər. ADAU-nun tanıtım çarxı nümayiş olunub. Daha sonra forum işini panel müzakirələrlə davam etdirib.

Zəfər Qurbanov- ADAU-nun rektoru: “Məzun forumunda məqsədimiz ondan ibarətdir ki, ali məktəbimizi bitirmiş və bu gün cəmiyyətdə uğur qazanmış məzunlarımızın, tələbələrimizin görüşünü təşkil etməkdir. Çox sevindirici bir məqam ondan ibarətdir ki, ali məktəbimizi bitirən yüzlərlə uğur qazanmış və cəmiyyətdə nailiyyət əldə etmiş məzunlar var və onların bir qismi ali məktəbimizdə iştirak edir. Hesab edirik ki, ali məktəbimizdə tələbələrin motivasiya alması, onların gələcək karyerasında uğur qazanmasında məzunlarımızın da xüsusi rolu olacaqdır”.

Pərvin Abbaszadə