• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 26.12.2023 18:31

Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

KepezTV Player

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirdə Gəncə Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın və tam orta məktəblərin 9-11 sinif şagirdləri iştirak ediblər. İştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə müxtəlif peşələr üzrə təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda, həmin ixtisaslar üzrə mütəxəssis məlumatları təqdim edilib. Tədbirin sonunda iştirakçılara hədiyyələr paylanıb.

Şahin Məhərrəmov- Peşə Təhsil Mərkəzinin direktoru: “Bəzən orta məktəbdə təhsil alan şagirdlərin peşələr haqqında təsəvvürü yaranmır. Məktəblər haqqında məlumatları yoxdur. Bəzən peşə məktəbi deyəndə, başqa cür düşünürlər. Onlar gəlib əyani olaraq real vəziyyəti gördükdə, maddi-texniki bazanı görəndə onlarda fikir formalaşır, peşə seçimi istiqamətində maraqlar oyadılır. Bunun müsbət təsiri təbii ki, böyükdür. Bəzən elə olur ki, valideynlər də dəvət olunur. Onlar gəlirlər, real vəziyyətlə tanış olub, övladlarını peşə seçimində istiqamətləndirirlər”.

Ramin Paşayev