• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 22.12.2023 10:23

Gənc toxucu

Bizi uşaqlığımıza aparıb, o şirin xatirələri canladıran həmin oyuncaqlar. O oyuncaqlar ki, bəzilərimiz onlarsız yuxuya belə getmirdik. Bu dəfə də  öz əl işləri ilə hər zaman  uşaqları sevindirən Günay xanımın sənəti ilə tanış olaq.

Günay Seyidova- toxucu: “Artıq 10 ildir ki, toxuculuqla məşğulam. Sərgilərdə də iştirak edirəm. Ancaq belə gəlincik toxumağı sosial şəbəkələrdən baxıb, öyrənmişəm. Həvəsim var idi, elə ordan baxaraq yavaş-yavaş toxudum”.

Bu sənət Azərbaycan xalqının qədim sənət və peşələrindən biri sayılır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar daim xalq ustadlarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii-estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Ancaq zövqümüzü oxşayan bir əl işini yaxşı və keyfiyyətli şəkildə ortaya çıxarmaq hər zaman asan olmur.

Günay Seyidova- toxucu: “Çətin tərəfi odur ki, vaxt gedir. Ayrı elə bir çətin tərəfi yoxdur. Asan tərəfi isə sinir sakitləşdirir, hobbidir. Baxdıqca xoş gəlir. Toxuduqca, insan toxumaq istəyir”.

Ümumiyyətlə, bu cür incəsənət sahələri insanda can sıxıntısını aradan qaldırmaqla yanaşı, sağlamlığımıza da həddindən artıq müsbət təsir edir. Bununla yanaşı, özümüzə lazım olan əşya, yaxud geyimi də istədiyimiz şəkildə hazırlaya bilərik.

Günay Seyidova- toxucu: “Gəlincikləri pambıq ipdən toxuyuruq ki, belə uşaqlar üçün daha çox uyğun olur. Qırılmır, cırılmır. Ən çox qızlar üçün toxuyuruq, ancaq oğlan uşaqları üçün də istəsələr hazırlayırıq”.

Hər bir işdə olduğu kimi bu peşədə də diqqətli etməli olduğumuz nüanslar var. Toxucumuzun sözlərinə görə, əgər bir yerdə səhv etdiksə, işin uğurla tamamlanması çətinləşir. Hər birimiz işimizin peşəkarı olmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Əsas odur ki, heç vaxt sevdiyimiz peşədən usanmayaq.

Lalə Bağırova

ƏTRAFLI...