• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 24.12.2023 18:42

Şəhid ailələrinə, müharibə əlillərinə daha 200 mənzil və fərdi ev verilib

KepezTV Player

Şəhid ailələrinə, müharibə əlillərinə daha 200 mənzil və fərdi ev verilib Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib. Evlər Bakıda MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, Ağstafa, Gədəbəy, Yevlax da daxil olmaqla, müxtəlif rayonlardadır. 

Elmir Əhmədov- Vətən müharibəsi iştirakçısı: “Füzuli uğrunda gedən döyüşlərdə yaralanmışam. Bundan əvvəl Ramana qəsəbəsində kirayədə qalırdım. Hövsanda MİDA evlərində mənzillə təmin olundum”.

Anar Əliyev- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: “Son 5 il ərzində bu proqram ölkə başçısının tapşırıqları əsasında 5 dəfəyə qədər araşdırılmışdır. Hər il Əmək və əhalinin müdafiəsi nazirliyi tərəfindən bu kateqoriyadan olan şəxslərə 1500 mənzilin verilməsi həyata keçirilir. Qeyd etmək istərdim ki, növbəti illərdə də bu proqram genişləndirilərək həyata keçiriləcək. Şəhid ailələrinin və müharibə əlillərinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcəkdir”.

Vüsalə Cənnətova