• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 24.12.2023 18:38

Bu gündən dairə seçki komissiyalarından seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılıb

KepezTV Player

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi prosesinə başlanılır. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi təmin edilməlidir. Bu müddət bugündən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir. Ölkəmizdə növbədənkənar Prezident seçkisi 2024-cü il fevralın 7-də keçiriləcək.