• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 21.12.2023 11:13

Gənc aşpaz

İstedadlı gənclər günü-gündən artır. Peşəyə maraq göstərən gənclərdən biri də Ayla xanımdır ki, o, aşpazlıq peşəsinə yiyələnib. İşini şansa buraxmayan Ayla, bütün fürsətləri dəyərləndirdiyini və hər zaman işi ilə bağlı araşdırmalar etdiyini vurğuladı.

Ayla Həziyeva- aşpaz: “9-cu sinifdə bizə xəbər verdilər ki, məktəbinizdə peşə təmayüllü lisey açılacaq. Bu qərarı eşidən kimi də hə deməliydim. Çünki, həm uşaqlıqdan həvəsim var idi, həm də belə bir fürsəti qaçıra bilməzdim”.

Uşaqlıqdan aşpazlığa həvəsi olan Ayla bu işlə gələcəkdə də məğul olaraq işini böyütmək istəyir. O, öz işinin peşəkarına çevrilərək özünəməxsusluğu ilə seçilən aşpaz kimi fəaliyyət göstərməyi planlayır. Yemək hazırlayan zaman bu işdən zövq aldığını və aşpazlığın onun həyatında xüsusi bir yeri olduğunu qeyd edir. Aylanın əlinin ləzzəti də yeməklərə xüsusi bir dad qatır.

Ayla Həziyeva- aşpaz: “Uşaqlıqdan mənim aşpazlığa həvəsim var. Bu yöndə işləməyi - yemək, şirniyyat pişirməyi sevirəm”.

Gördüyümüz hər bir işdə uğur qazanmağın bir digər sirri isə işini sevərək və əylənərək görməkdir. Hər zaman işində uğur qazanan Ayla elə işinin vacib detallarından birinin bu olduğunu xüsusilə vurğulayır. Və öz dostlarına da bunu tövsiyə edir.

Ayla Həziyeva- aşpaz: “İşimiz çox əyləncəli keçir, dostlarımla, sinif yoldaşlarımla, birlikdə yemək hazırlamaq. Müəllimlərimlə birlikdə deyirik-gülürük, əylənirik”.

Hələ ki aşpazlıq işini hobbi kimi görən Ayla, əslində piyanist olmaq arzusunu da reallaşdırmaq yolunda irəliləyir. Amma xüsusilə aşpazlığın onun üçün fərqli hisslər ifadə etdiyini qeyd edir. Bu peşənin fərqli və spesifik diqqət tələb etməsi Aylanın marağını daha da cəlb edir. O, hər iki peşənin onun üçün vazkeçilməz olduğunu deyir. Gələcəkdə hansı peşəni seçməsinə baxmayaraq, ona həyat yolunda bol uğurlar arzu edirik.

Ayla Həziyeva- aşpaz: “Aşpazlıq mənim hobbimdir. Mən özüm pianino üzrə 7 ildir təhsil alıram. Aşpazlıq da əgər, inşallah, alınsa gələcəkdə restoran açmaq fikrim də var. Öz restoranım olsun, orda baş aşpaz olum deyə”.

Onun fərqli məhsulları bir-birinə qataraq maraqlı təamlar hazırlamağı və bu təamları insanlara təqdim etməyi düşünürəm ki, işini sevməsindən və məsuliyyətli olmasından  irəli gəlir. Elə bu iş də, bu qabiliyyəti tələb edir. Eyni zamanda Ayla təmizlik qaydalarını da əsas tutur və əməl edir. Bunun isə bir aşpaz üçün çox vacib olduğunu qeyd edir. Ayla yemək hazırlayarkən işinə çox diqqətlə və məsuliyyətlə yanaşdığından, hazırladığı yeməklər də hər zaman ləzzətli olur. O, yeməklərində istifadə etdiyi məhsulları xüsusi diqqətlə seçir. Hazırladığı salatda da hansı məhsullardan istifadə edib, necə bir ləzzət ortaya çıxarıb, gəlin elə özündən soruşaq.

Ayla Həziyeva- aşpaz: “Hazırladığım salat həm “çoban salatı” ilə çox fərqlənir, həm də bir-birilərinə oxşayırlar. Fərqləri odur ki, məsələn “yunan salatı”nda ərzaqlar daha böyük doğranılır, “çoban salatı”nda kiçik doğranılır. “Yunan salatı”na soğan əlavə olnur, “çoban salatı”na olunmur. Limon, pendir, zeytun və bir də “yunan salatı”nın sousu var. Sousda isə yağ, nanə qurusu, duz, qarabibər tozu, və sarıkök istifadə olunur”.

Gələcəkdə gördüyü işlərlə, hazırladığı təamlarla, istedadlı gəncimizə bu işində davamlı olmasını diləyirik.

Ülvi Cəfərov

ƏTRAFLI...