KepezTV Player
İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının finalına yüksəlib. Pep Qvardiolanın yetirmələri yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” komandasını 3:0 hesabı ilə məğlub ediblər. Oyunda qolları “Urava”nın futbolçusu Marius Heyboten (öz qapısına), Mateo Kovaçiç və Barnardo Silva vurublar. Finalda “Şəhərlilər”in rəqibi Braziliyanın “Fluminense” klubu olacaq. Oyun dekabrın 22-də keçiriləcək.
- Baxış: 239