• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 18.12.2023 11:47

Saxta xəstəlik kağızı verən vəzifəli şəxslərə qarşı cinayət işi açılıb

KepezTV Player

Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən çoxsaylı sağlam vətəndaşın əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə şübhələr müəyyən edilib. İstintaq davam etdirilir.