• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 18.12.2023 09:19

Azərbaycan taekvondoçusu “Paris-2024”ə lisenziya qazanıb

KepezTV Player

Taekvondoçumuz Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə” turnirində 58 kiloqram çəki dərəcəsində taekvondo üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək qızıl medal qazanıb. Maqomedov turnirdə qızıl medal qazanan ilk Azərbaycan taekvondoçusu olub. İdmançımız Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu mərhələni də uğurla başa vuraraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.Bununla da, Azərbaycan komandası “Paris-2024” Yay Olimpiya Oyunlarına 9-cu lisenziyanı təmin edib.