• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 17.12.2023 19:58

İsrail ordusunun daha iki əsgəri Qəzzada döyüşlər zamanı həlak olub

Son 24 saat ərzində iki israilli hərbçi həlak olub. Bununla da İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.  Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı isə artıq 450-ni keçib.