• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 15.12.2023 17:19

Samuxda sürücünü döyərək avtomobilini qaçıran şəxslər saxlanılıb

KepezTV Player

Gəncə şəhər sakini Amin. Abdürrəhmanov polisə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.