• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 08.12.2023 18:50

Aqlay örtük həkimin üzərinə uçub

KepezTV Player

Gəncədə bədbəxt hadisə baş verib. Hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Əşrəf Əşrəfov küçədə piyada gedən zaman mağazalardan birinin fasadının aqlay örtüyü qoparaq üzərinə düşüb. Nəticədə şəhər sakini müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Gəncədəki özəl xəstəxanaların birində həkim-terapevt işləyən Əşrəf Əşrəfovun vəziyyəti stabildir. 

Samirə Cəfərova- tibb bacısı: “Təcili yoxlamalardan sonra məlum oldu ki, xəstənin döş qəfəsinin qapalı sınığı, soldan 1-ci və 11-ci qabırğa daxil olmaqla hamısında sınıqlar, sol bazunun sınığı, sol qabırğaların sınığı məlum olmuşdur. Xəstə müayinələrdən sonra travma şöbəsinə, stasionara verildi. Hal-hazırda xəstə xəstəxanada yatır, müalicə alır”.

Əşrəf Əşrəfov- xəsarət alan şəxs: “Səs eşitdim, sol tərəfdən. Yola çıxmamışdım. Elə səki ilə gedirdim. Şıqqıltı gəldi, sağa qaçdım. Qaçana kimi məni arxadan vurdu, çox pis zərbə ilə vurdu. Əlimi atdım yerə, yola düşdüm. Başım yerə dəymədi. Qolum çıxmışdı. Hiss elədim sol tərəfdən qabırğalarım qırılmışdı. Hadisədir, heç kim bunu qəsdən etməyib. Amma mən onu demək istəyirəm ki, gələcəkdə oranı düzəltdirəndə, etibarlı düzəltsinlər. Oradan qadın da, uşaq da keçə bilərdi”.

Ramin Paşayev