• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 07.12.2023 16:12

Ağcabədidə dönərxanada partlayış olub, 2 nəfər xəsarət alıb

KepezTV Player

Ağcabədidə dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib. TƏBİB-dən bildirilib ki, partlayış zamanı xəsarət alan 2 nəfər təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların bədənlərinin müxtəlif nahiyələri yanıb. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.