KepezTV Player
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Bundan əlavə, qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1 nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini polis əməkdaşlarına təhvil verib. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 186