• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 04.12.2023 09:06

Polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, polis əməkdaşı işdən çıxarılıb

KepezTV Player

Dekabrın 2-də Qəbələ rayonu, Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər. Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq, o, daxili işlər orqanlarından xaric edilib.