KepezTV Player
Bakının Yasamal rayonunda fəaliyyət göstərən, fiziki şəxs Qarayev Vəli Ənvər oğluna məxsus kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisədə xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Xətai rayonunda fiziki şəxs Babışov Elməddin Rəhim oğluna məxsus ictimai iaşə müəssisəsində da tələblərinin pozulduğu aşkarlanıb. Burada da fəaliyyət dayandırılıb və rəhbərlik barəsində protokol hazırlanıb.
- Baxış: 201