• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2046
— 29.11.2023 16:09

"Kəpəz" Azərbaycan kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

KepezTV Player

Azərbaycan kubokunun II təsnifat mərhələsində "Kəpəz" Tovuzda Bakının "Sportinq" klubunu qəbul edib. Təslim olmaq niyyətində olmayan ikinci liqa təmsilçiləri oyununun əsas vaxtında qapılarından qol buraxmadıqlarından əlavə vaxta ehtiyac duyulub. Oyun boyu üstünlüyə sahib olan "sarı-göylər" qarşılaşmanın 100-cü dəqiqəsində arzularına çata biliblər. "Kəpəz"-in heyətində debüt edən Nemət Musayev gəncəliləri hesabda önə çıxarıb. 107-ci dəqiqədə dağlılar hesab arasındakı fərqi 2-yə çatdrıblar. Bu dəfə Martins Junior fərqlənib.
Bu oyundan qalib ayrılan "Kəpəz" növbəti mərhələdə "Sabah"la üz-üzə gələcək.