• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 28.11.2023 14:32

Gəncədə qəza olub, xəsarət alanlar var

KepezTV Player

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Üzeyir Hacıbəyli küçəsi ilə hərəkətdə olan iki "Mercedes", "VAZ 2104" və "Chevrolet" markalı minik maşınları toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Sənan Qarayev və 1969-cu il təvəllüdlü Gülbəniz Salmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova