• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 26.10.2017 14:14

Çay evində silahlı insident: xəsarət alan var

KepezTV Player

Oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuş Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman Nəsirov tapançadan Qurban Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə Namiq Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb.Sonradan N.Kərimov xəsarət alan E.Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq oradan keçən Kəpəz RPİ-nin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib. Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə Polis İdarəsinə aparacağını bildirib. Bu zaman N.Kərimov tüfənglə onu hədələyib və nəqliyyat vasitəsindən düşərək qaçıb.Xəstəxanaya yerləşdirilən Edqar Nəsirovun vəziyyəti ağırdır.Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qurbanov “Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.