• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2378
— 19.04.2017 12:15

Nəfislərinin bəlasına tuş gəldilər

KepezTV Player

Xaçmazda evlərdən oğurluq edən şəxslər tutulub. Onlar müxtəlif vaxtlarda yaşayış olmayan mənzillərdən məişət cihazları oğurlayıblar.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyya- axtarış tədbirləri nəticəsində rayon sakinləri 24 yaşlı Xanməhəmmədov Taleh Ömər oğlu və 18 yaşlı Quliyev Aqşin Azər oğlu saxlanılıb. Aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində onların Xaçmaz rayonu, Nabran kəndində Kamilov Eynulla Camal oğluna məxsus evdən 100 manat dəyərində bir ədəd ütü, iki ədəd çaxır və bir ədəd şampan içkisini oğurladığı aşkar edilib.

Bundan başqa bu iki şəxsin qabaqcadan əlbir olaraq Nabranda Cəfərov Orxan Tahir oğluna məxsus evdən hər biri 70 manat olmaqla 6 ədəd elektrik qızdırıcısını və 50 manat qiyməti olan peyk antenasına aid bir ədəd aparatı oğurlayıb. Vətəndaşa ümumilikdə 470 manat dəyərində ziyan vurulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı