Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası Gəncədədir. 3 gündür Səyyar Klinika şəhər və ətraf bölgənin əhalisinə oftalmoloji tibbi xidmət göstərəcək. Burada ixtisaslı həkimlərin nəzarəti altında göz xəstəliklərindən əziyyət çəkənlər müayinə və müalicələrə cəlb olunublar. Əməliyyata ehtiyacı olanlara Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ərazi üzrə filiallarına göndəriş verilir. İlk dəfədir ki, Azərbaycanda fəaliyyətə başlayan Mərkəzin Dəmiryol Səyyar Klinikasında gün ərzində 300-dən artıq xəstənin müayinə və müalicəsini aparmaq mümkündür.
Paşa Ələkbərov sakin: “Şəhərimizə həkim birqadası ezam olunub. Uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm, buda gözümdə pöroblemlər yaradıb. Gəldim həkimlər müayinə elədilər. Məsləhət gördülər ki, mərkəzə müraciət edim.”
Vidadi Həsənov sakin: “Tibbi personalın xidmətindən çox razı qaldım. Hazırda müayinədən keçirəm, həkimlərin yazdıqları dərmanlarıda qəbul edəcəm”
- Baxış: 1228