• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 28.11.2023 11:30

Azərbaycan taekvondoçuları “Balkan Cup”da 2 qızıl medal qazanıblar

KepezTV Player

Azərbaycan taekvondoçuları Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar. Qaşım Maqomedov və Milad Beiqi Harçeqani bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə isə italiyalı idmançını üstələyib. Dünya çempionu Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.