Xəzinəmizin əvəzsiz incilərindən olan el sənəti nümunələri xalqımızın istək və arzularını özündə birləşdirir, yurdumuzun tarixindən, milli kimliyindən xəbər verir. Belə zəngin sənət nümunələrindən biri də zərgərlikdir.
Hüseyn Abbaszadə- zərgər: ”Zərgərlik çox incə sənətdir, kobudluğu sevmir və çox böyük diqqət tələb edir. Hərənin zövqünə uyğun zinət əşyası hazırlayırıq. Boyunbağılara, qadın üçün komplektlərə, kişi üçün üzüklərə çox önəm verilir”.
Qızıl almamışdan əvvəl onun əsl dəyərini müəyyən etmək üçün mütəxəssisə üz tutmaq lazımdır. Necə deyərlər: ”Zər qədrini, zərgər bilər”.
Leyla Əliyeva
- Baxış: 253