• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 27.11.2023 09:13

Məişət Tullantıları Poliqonunda yanğın

KepezTV Player

Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Küləkli hava səbəbindən şəhərin bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib. FHN əməkdaşları tərəfindən 7 hektar ərazini əhatə edən alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.