• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 21.11.2023 15:05

Ümummilli Liderin xatirəsinə yaşıllaşdırma aksiyası keçirilib

KepezTV Player

“Heydər Əliyev İli” çərçivəsində Naftalanda növbəti ağacəkmə aksiyası keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Aksiya iştirakçıları tərəfindən şəhər ərazisində 100-dən çox müxtəlif ağac növləri əkilib, ağacların dibinə küləkdən qorunması üçün xüsusi dirəklər basdırılaraq aqrotexniki qaydada qulluq göstərilib, suvarılması təmin edilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, müvafiq idarə və təşkilatların nümayəndələri, fəal gənclər iştirak edib. Aksiyanın təşkil edilməsində məqsəd, ətraf mühitin qorunmasına hər zaman qayğı ilə yanaşan ümumilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.