KepezTV Player
Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır, regiondadır. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir: “Regionda yaranan yeni reallıqlar çərçivəsində biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə görmürük” - deyə Hikmət Hacıyev əlavə edib. O bildirib ki, Ermənistan tərəfinin sözlərlə oynamaqdansa, konkret addım atıb irəli gəlməsi və masada əyləşməsi çox önəmlidir.
- Baxış: 181