• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 937
— 21.11.2023 11:26

Prezident: "Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir"

KepezTV Player

"Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır". Bu fikirlərlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir. "Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir". Prezident bildirib ki, Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu, açıq-aşkar işğal və anneksiyadır.