KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobillərinə digər dövlətlərə məxsus qeydiyyat nişanı bağlayan, o cümlədən məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanına müdaxilə edən sürücülər aşkarlanıb. Qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.
- Baxış: 242