• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 21.11.2023 09:05

Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub. Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdamın ərazisindən təşkil edilir. Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. 1993-cü ilin iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycanın nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Bayrağımızı ucaldıb.