• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 21.11.2023 08:56

"Qeydlərimizlə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar"

KepezTV Player

Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Bu fikri Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. "Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib" - deyə dövlətimizin başçısı bildirib. 

"Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və hökumətinin iradəsinə təsir göstərə bilməz"​

Prezident İlham Əliyev deyib ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.