• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 20.11.2023 19:20

XİN və Müdafiə Nazirliyi diplomatlar üçün brifinq keçirib

KepezTV Player

44 günlük müharibədən sonra Azərbaycan üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab ala bilməyib. Xarici işlər Nazirliyinin mətbuat katibi Ayxan Hacıyev xatırladıb ki, 30 ildən artıqdır Ermənistan nəinki Azərbaycan ərazilərini işğal edib, hətta hərbi texnikasını bu yerlərdə yerləşdirib. Sözügedən ərazilərin böyük hissəsini minalarla çirkləndirən rəsmi İrəvan bu gün də insanların ölümünə səbəb olur.

Ayxan Hacızadə - XİN-in mətbuat katibi: Azərbaycan ərazilərinin minalanması müharibə başa çatdıqdan sonra da davam etdirilib. İşğaldan azad edilmiş torpaqlarda sonradan Ermənistan istehsalı olan minalar aşkar edilib. İrəvan ölkəmizin hərbi və mülki infrastrukturuna qarşı təxribat fəaliyyəti həyata keçirmək üçün mülki və hərbi şəxslərə təlimlər keçib. Qarabağda aparılan antiterror tədbirləri zamanı iri silah-sursat anbarları aşkar edilib, təslim olmuş erməni silahlı birləşmələrinin tərk-silah edilməsi zamanı onların xeyli hissəsi müsadirə olunub.

Anar Eyvazov isə foto və videomaterial vasitəsilə aşkarlanmış silah-sursatlar barədə məlumatları diplomatların diqqətinə çatdırıb. Vurğulayıb ki, bu ərazilərdə 3000-dən çox tank, 10 000-dən çox piyada əleyhinə mina aşkarlanıb. Həmin hərbi sursatlar arasında dronlar da var". Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdə 300-dən çox insanın minaların qurbanına çevrildiyini vurğulayan nazirlik rəsmisi bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam etdiyini, yeni silah anbarlarının aşkarlandığını diqqətə çatdırıb.

Anar Eyvazov - Müdafiə Nazirliyinin mətbuat katibi: 19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun. Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə aparılan yoxlama zamanı Rusiya sülhməramlıları ilə birlikdə xeyli sayda silah-sursat və hərbi texnika aşkar edib. Müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərin bərpası, mina və partlamamış hərbi sursatların təmizlənməsi, yolların və kommunikasiyaların qurulması istiqamətində tədbirlər həyata keçirilir.

Brifinqdə qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib". Qanunsuz erməni silahlı birləşmələri regionda stabilliyə böyük təhdid formalaşdırdığı , Azərbaycanın apardığıantiterror tədbirləri ilə bunun aradan qaldırıldığı da xarici nümayəndələrin diqqətinə çatdırılıb.