• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 20.11.2023 16:49

İraq Prezidentinin rəsmi qarşılanma mərasimi olub

KepezTV Player

Azərbaycana rəsmi səfərə gələn İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev İraq Prezidentini qarşılayıb. 

Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü olub. Dövlətimizin başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib. Ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb.

Azərbaycan və İraq prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Ardından geniş tərkibdə görüş keçirilib.

Azərbaycan-İraq sənədləri imzalanıb

Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

 Azərbaycan Prezidentinin adından İraq Prezidentinin şərəfinə rəsmi nahar verilib

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.  Prezident İlham Əliyevin adından İraq Prezidentinin şərəfinə rəsmi nahar verilib.