KepezTV Player
Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli bəyanata uyğun olaraq, rayon noyabrın 20-i Azərbaycana təhvil verilib. İşğal dövründə erməni vandalları rayonda dağıntılar törədib. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Ağdam özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
- Baxış: 228