• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 19.11.2023 20:39

İdman məktəbinin tikintisində işlər nə yerdədir?

KepezTV Player

İdman məktəbi sahəsinə görə qərb bölgəsinin ən böyük idman infrastrukturu hesab olunur. Müxtəlif olimpiya və qeyri-olimpiya idman növlərinin tədris olunacağı məktəbin ümumi sahəsi 7 hektara yaxındır. Tikinti-inşaat işləri 3 min kvadratmetrdən çox ərazidə aparılır. İndiyədək yataqxanada, B, C və D korpusunda beton işləri yekunlaşıb. B korpusundan başqa digər binalarda hörgü və suvaq işləri də bitib. Hazırda 100-dən çox işçi A blokunda çalışır.

Ümumilikdə idman məktəbinin inşasının 70 faizi tamamlanıb. Tikinti şirkəti qış dövründə də tam gücü ilə çalışaraq qurğunu vaxtında təhvil verməyi planlaşdırır.

İdman ocağında məşq bölmələri yalnız zallarda fəaliyyət göstərməyəcək. Həmçinin qapalı və açıq şəraitdə futbol və basketbol üçün meydançalar da inşa ediləcək.

Orxan Cəfərzadə