"Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. İcmadan vurğulanıb ki, Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib. Ona görə də Fransanın bu məsələyə müdaxilə etməsi yersizdir, əsassızdır və təxribat xarakteri daşıyır. "Fransa Ermənistanı qeyd-şərtsiz dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə, o cümlədən azərbaycanlıların qayıdış hüququnu pozmasına şərik olur", - bəyanatda qeyd olunub.
- Baxış: 162