• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 18.11.2023 19:47

Uşaqların icbari dispanserizasiyası zamanı ciddi xəstəliklər aşkar edilməyib

KepezTV Player

Gəncədə məktəb və məktəbəqədər təhsil müəssisələrindəki uşaqların müayinəsinə oktyabrın əvvəlində başlanılıb. Müayinələr təyin olunan qrafiklə şəhərin 3 poliklinikasında həyata keçirilir. Qanın ümumi analizi götürülür, pediatr, nevropatoloq, oftalmoloq, cərrah, lor, stomatoloq və ehtiyac olduqda digər həkim mütəxəssislər tərəfindən yoxlamalar aparılır. Dispanserizasiya uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliklərin ilkin mərhələdə aşkar edilməsi məqsədilə həyata keçirilir. İndiyədək 300-ə yaxın uşaqda görmə zəyifliyi, 50-yə yaxın uşaqda onurğa əyriliyinə meyillik,  30 nəfərdə isə nevroloji xəstəliklərin əlamətlərinə rast gəlinib. 

Yeganə Vəliyeva- valideyn: “Uşağı həkimə gətirdim. Müayinə olundu, həkim dedi ki, onurğa sümüyündə bir az əyrilik var. Müalicə yazıldı, hər şey yaxşıdır”.

Kəmalə Kərimova- valideyn: “Uşağımı gətirmişəm. Həkim baxdı, dedi ki, soyuqlaması var. Ona uyğun da müalicə yazdı”.

Məhluqə Həsənova- oftalmoloq: “Gün ərzində uşaqlar daha çox telefona baxırlar. Bu da getdikcə uzağı görməni zəiflədir. Payız aylarında konvuktivitlə, allergik xəstəliklər ilə əlaqəli müraciət edirlər”.

Dostuxanım Qazıyeva- nevropatoloq: “Son vaxtlar uşaqların yüklənməsi ilə əlaqədar olaraq gərginlik, baş ağrıları, hətta 8-9 yaş arası uşaqlarda bunlar çoxalıb. Müayinələr zamanı bunlar aşkar edilir. Təəssüf olsun ki, telefon, kompüterin həyatımıza daxil olması ilə bağlı olaraq qıcolma tutmalarının sayı çoxalıb. Müalicələr təyin edirik və valideynlərə də mütamadi olaraq həkim müayinəsində olmalarını tövsiyə edirik”.

Tibbi müayinələr zamanı uşaqlarda hansısa xəstəliklər və yaxud sağlamlığın pozulması riski müəyyən edildikdə, onlar dispanser qeydiyyatına götürülür. Daha sonra isə aidiyyatı üzrə müalicələr təyin edilir.

Nazimə Həsənova- Gəncə şəhər Uşaq Xəstəxanasının Poliklinika bölməsinin müdiri: “Bütün müayinələrdən sonra uşaqlar axırda pediatr müayinəsinə gəlirlər. Yekun nəticəni əldə edirik. Mütamadi olaraq ailə həkimləri ilə əlaqə saxlasınlar. Əgər qamətin əyilməsi varsa, biz onları cərrahi kabinetlərə göndəririk. Rentgen müayinələrdən keçəndən sonra müəyyən karsertlər, fiziotereptik məşğələlər, idman məşğələləri veririk”.

Müayinələr zamanı uşaqlar arasında ciddi xəstəliklər aşkar edilməyib. 

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin tibbi müayinəsi həyata keçirilmişdir. Tibbi müayinənin yekununda hər hansı xəstəlik barədə məlumat TƏBİB tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə məlumat daxil olmayıb”.

Uşaqların müayinəsi artıq 6 ildir ki, ölkə başçısının sərəncamı ilə hər tədris ilinin əvvəlində həyata keçirilir.

Elnur Vahidoğl