• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 18.11.2023 19:30

Qərbi Azərbaycan İcması bəyanat yayıb

KepezTV Player

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının İrəvandakı iclasında Azərbaycana qarşı növbəti dəfə böhtan atmasını və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etməsini şərh edib. "Qərbi Azərbaycan" ifadəsitarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır. Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa səmimi addımlarla nail olmaq olar. Bu xüsusda, .Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və Qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik.", - deyə bəyanatda qeyd edilib.