Noyabrın 19-da əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Noyabrın 19-u axşam qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
- Baxış: 153