• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 18.11.2023 12:51

Bakıda narkotikin təsiri altında olan sürücünün avtomobilindən külli miqdarda marixuana aşkarlanıb

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən paytaxt sakini 2003-cü il təvəllüdlün Əhliman Quluzadənin idarə etdiyi “Khazar SD” markalı nəqliyyat vasitəsi Binəqədi rayonu ərazisində saxlanılıb. Müayinə zamanı Ə.Quluzadənin narkotik qəbul etməsi müəyyən edilib. Sürücü izahatında İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb edildiyini və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Onun avtomobilinə baxış zamanı oradan külli miqdarda marixuana aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.