"Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə stimullaşdırılmalıdır". İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup"un iclasında belə deyilib. Toplantıda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı digər məsələlər də müzakirə edilib. Altqrupun fəaliyyəti üzrə prioritet hədəflərin müəyyənləşdirilməsi, tematik qrupların yaradılması, eləcə də 2024-cü il üçün Yol Xəritəsi layihəsinin hazırlanması üzrə təkliflər dinlənilib. Eyni zamanda Beynəlxalq Maliyyə Korporasiyasının “E-mobility” layihəsinin icrasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.
Anar Rzayev- AYNA-nın İdarə Heyətinin sədri: “Hesab edirik ki, növbəti mərhələlərdə də alt qrupun işi kifayət qədər uğurlu olacaq, bu cür nəqliyyat vasitələri, yəni ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin ölkədə dövriyyəsinin stimullaşdırılması öz töhfəsini vermiş olacaq. Xüsusən də onu qeyd etmək istəyirəm ki, artıq infrastrukturun yaradılmasının genişləndirilməsinə də ciddi diqqət ayrılacaqdır”.
Turqan Aliyev
- Baxış: 240