KepezTV Player
Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxs ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb edib. Daha sonra isə hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini İntiqam Axundov saxlanılıb. Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olduğu da müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 169