• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 15.11.2023 08:54

Daha 10 ailəyə evlərin açarları təqdim olunub

KepezTV Player

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 14-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə açarların təqdim edilməsi mərasimi olub. 10 ailə Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə yaşayacaq. Bununla da şəhərdə 325 ailənin, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.