• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 15.11.2023 08:52

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib

KepezTV Player

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə bəyanat qəbul edilib. Sənəddə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi bildirilir. 8 noyabr tarixində “qardaş Azərbaycan xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş, Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir” vurğulanır. Həmçinin, Azərbaycanın  bir milyona yaxın məcburi köçkününün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi bildirilir. Bütün səylərin bölgənin minalardan təmizlənməsinə və yenidənqurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəldiyi qeyd olunur.