• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 807
— 14.11.2023 18:59

Axan çirkab sularının qarşısı alınmır

KepezTV Player

Sakin: “Burdan keçmək mümkün deyil. Bura bir əlac eləmək lazımdır. Görürsünüz də, maşın da keçir, yaşamaq mümkün deyil. Gedə bilmirəm, bardürlər də hündürdür. Əsa olmasa, başım çoxdan yerə dəyərdi”.

Mahrasa bağındakı bina 21-də yaşayan 60-a yaxın ailə illərdir davam edən mənzərənin yaratdığı çətinliyi nəql edir. Daşan kanalizasiya suları ətrafa yayılmaqla üfunət qoxur. Dediklərinə görə, 40 ilə yaxındır çəkilən borular karroziyaya uğradığından, mövcud mənzərə yaranır. Boruları yeniləyən tapılmır, özlərinin də maddi vəziyyəti buna imkan vermir. 

Yaşayış massivindəki problemdən “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti də xəbərdardır. Çünki sakinlər tərəfindən mütəmadi olaraq şikayətlər alırlar.

Elbrus Hacıyev- "Gəncə Sukanal" TSC-nin şöbə rəisi: “Orada tutulmalar olur. Buna baxmayaraq, əməkdaşlarımız tərəfindən tutulmaların qarşısı alınır, təmizlənir. Məlum olduğu kimi, Gəncə şəhərində Su və Kanalizasiya sistemlərinin yenidən qurulması “Açıq Kommunal İnfrastruktur Proqramı-2” layihəsi çərçivəsində həyata keçirilir. Həmin ərazi də bu layihədə nəzərdə tutulmuşdur. Məndə olan məlumata görə, 2024-cü ildə həmin ərazidə də su və kanalizasiya sistemləri yenidən qurulacaqdır. Yaranan problemlər təbii ki, aradan qaldırılacaqdır”.

Verilən vəd onu deməyə əsas verir ki, Mahrasa bağı, bina 21-in sakinləri bir az da gözləməli olacaqlar. Çox keçməz ki, binaya da şəhərin digər ərazilərində olduğu kimi içməli su xətti çəkilməklə yanaşı, yararsız kanalizasiya xəttləri də yenilənər. 

Elnur Vahidoğlu