• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 14.11.2023 15:25

Beynəlxalq təşkilat: "Ermənistan mina istehsal edən ölkədir"

KepezTV Player

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Ermənistanın mina istehsal edən ölkə olduğunu qeydə alıb. Bu, Beynəlxalq təşkilatın “Landmine Monitor Report” hesabatında əksini tapıb. Əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enib, son hesabatda Ermənistanın da mina istehsalçısı olduğu nəzərə alınaraq 12 ölkənin mina istehsal etdiyi bildirilir. Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmasa da, rəsmi olaraq Konvensiyanın məqsədlərini, minaların tamamilə qadağan olunmasını dəstəkləyir. Ölkənin Konvensiyaya üzv olmamağının əsas səbəbi Ermənistanın regionda yaratdığı gərgin vəziyyətdir. Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq minaların qoyulmasını həyata keçirməyib.