• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 13.11.2023 20:10

“TIR”larla toy karvanında iştirak edən sürücülər saxlanılıblar

KepezTV Player

Sosial şəbəkələrdə Lənkəran rayonun Narbağı kəndində keçirilən toy məclislərinin birində bəyin atası və tanışlarının idarə etdikləri TIR-larla toy karvanı təşkil etmələrinin görüntüləri yayılıb. TIR sürücülərinin yük avtomobilləri ilə Lənkəran - Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirdikləri qeyd olunur. Həmin TIR-ları idarə edən 7 nəfər yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Maşınlar cərimə meydançasına aparılıb. Saxlanılan sürücülərlə bağlı yazılan protokollar qərar verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.